CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piylənmə kişiləri "qadınlaşdırır"

© AP Photo / Rogelio V. SolisArtıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli
Artıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qırx yaşından sonra kişilərdə testesteronun səviyyəsi xeyli aşağı düşür

BAKI, 9 yanvar — Sputnik. Qarın bölgəsindəki piylənmə ilə bağlı araşdırmaların nəticəsi kişilər üçün heç də xoşagələn deyil. Sputnik Azərbaycan milli.az-a istinadən xəbər verir ki, araşdırmalara görə qarın bölgəsindəki piylənmə kişiləri "qadınlaşdırır".

Qarın bölgəsinə yığılan piylər kişilər üçün ən vacib hormon olan testosteronu azaldır. Azalan testosteron isə daha çox piylənməyə, əzələ kütləsininin, seksual istəyin azalmasına, yorğunluğa səbəb olur. Lakin ən pisi isə odur ki, qarın bölgəsindəki yağlar testosteronun azalmasından əlavə, kişidə qadın hormonu olan estradiolun artmasına səbəb olur. Bu da müəyyən müddət sonra kişiləri "qadınlaşdırır".

Bunun çıxış yolu isə davamlı şəkildə idmanla məşğul olmaq, piylənmənin qarşısını almaqdır.

Qeyd edək ki, 40 yaşından sonra kişilərdə testesteron səviyyəsi xeyli aşağı düşür.

Xəbər lenti
0