İtkin düşən alpinistlərin sayı daha çox ola bilərmiş

© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
Abunə olmaq
Alpinistlərin itkin düşdüyü yerdə axtarış aparmaq yeni faciəyə səbəb ola bilər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Məlum olduğu kimi, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Elə həmin gündən Fövqəladə Hallar Nazirliyi (FHN) itkin düşmüş alpinistlərin axtarışına başlayıb. Ancaq bu günə kimi axtarışlar heç bir nəticə verməyib.

Bu gün FHN KİV nümayəndələri üçün alpinistlərin itkin düşdüyü ərazidə mətbuat konfransı təşkil edib. Jurnalistlər əvvəlcə alpinistlərin itkin düşdüyü şərait və ərazi ilə tanış olublar. Qeyd edək ki, "Şah yaylağı" adlanan ərazidə Fövqəladə Hallar Nazirliyinin qərargahı qurulub. Və hər gün səhər saatlarında professional dağçılar axtarışa başlayır. Əraziyə skuterlər və qar üzərində hərəkət edə bilən texnika gətirilib. 

Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
İtkin düşən alpinistlərlə bağlı birgə məlumat: Cinayət işi açıldı

Ərazidə artıq 15 gündür ki, FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri axtarış aparır. Axtarışa Avstriya polisi də cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Avstriya Daxili İşlər Nazirliyinin xilasetmə polisi Harri Adolfla birlikdə jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında iştirak ediblər. Jurnalistlər axtarışın gedişatı və alpinistlərin taleyi ilə bağlı mümkün ehtimallarla tanış ediliblər.

Sonra Avstriya DİN-in xilasetmə polisi Harri Adolf jurnalistlərin suallarını cavablandırıb. Adolfun sözlərinə görə, dağçılar itkin düşmüş alpinistlərin axtarışı ilə məşğuldur:

"Onlar alpinistləri xilas etməyə çalışırlar. Lakin nəzərə almaq lazımdır ki, həmin ərazidə qar uçqununa və hava şəraitinə görə vəziyyət çox riskli və təhlükəlidir. Onların yaşamasına ümidin olub-olmadığı barədə heç nə deyə bilmərəm. Çünki biz onların hansı ərazidən, hansı istiqamətdə getdiyini, xilas olmaq üçün hansı vasitələrdən istifadə etdiklərini bilmirik".

Adolf qeyd edib ki, alpinistlər Tufandağa çıxmaq istəyiblər. Lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Axtarış heyətinin araşdırmalarına əsasən, onlar nəzərdə tutduqları məkandan çıxıb Tufandağ istiqamətində hərəkət etməyə çalışıblar. Lakin hava şəraiti yaxşı olmadığına görə, hərəkət etməyib, düşərgə qurublar. Növbəti gün də hava yaxşılaşmadığı üçün onların Tufandağdan sonra dəyişdirdikləri istiqaməti bilmək çətindir.

© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
1/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
2/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
3/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
4/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
5/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
6/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
7/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
8/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
9/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
© Sputnik / Irade JELILAlpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj - Sputnik Azərbaycan
10/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
1/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
2/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
3/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
4/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
5/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
6/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
7/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
8/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
9/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj
10/10
Alpinistlərin itkin düşdüyü ərazidən fotoreportaj

Avstriyalı mütəxəssis bildirib ki, alpinistlər məsuliyyətli olmalı və üzərilərində bir sıra avadanlıq daşımalıydılar:

"Dağçılar üzərlərində "bel", qar uçqununu müəyyən edən detektor və s. gəzdirməliydilər. Onlar özlərini xilas edə biləcək avadanlıqları mütləq daşımalıydılar".

Adolf Avstriyada belə havalarda adətən xilasetmə işlərini dayandırdıqlarını qeyd edib. Onun fikrincə, xilasetmə ərazisi təhlükəsiz olmalıdır ki, iş aparmaq mümkün olsun.

Avstriyalı mütəxəssisin fikrincə, alpinistlərin olduğu ehtimal edilən ərazi çox dikdir. Hazırda onların dərənin dibində olduqları ehtimal edilir:

"Onlar dərənin dibindədir və ətrafı dik qayalardır. Həmin qayalarda qar uçqunu baş verməsi ehtimalı çox böyükdür. Bu səbəbdən, axtarış heyətinin ora getməsi də çox təhlükəlidir. Çünki həmin ərazidə qarın səviyyəsi yüksəkdir. Axtarış heyətinin peşəkarlıq səviyyəsi də çox yüksəkdir. Onlar digər ehtimal edilən yerləri də axtarıblar. Ancaq qeyd olunan ərazi çox təhlükəlidir və bilə-bilə axtarış heyətini ora göndərmək və onları risk altına atmaq olmaz".

Daha sonra fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, dağçı Babək İsgəndərov da jurnalistlərinin suallarını cavablandırıb. 

Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlik itkin alpinistlər barədə yeni məlumat yaydı

F.Tağızadə də Adolfun sözünü təkrar edərək deyib ki, Avstriyada belə hava şəraitində axtarış aparılmır. Onlar gözləyirlər ki, qar ərisin, sonra axtarış aparsınlar.

"Bu gün burada kifayət qədər peşəkar alpinistlər var. Ekologiya Nazirliyinin əməkdaşları, xilasedici alpinist qüvvələrimiz, Mülki Müdafiə Qoşunlarının nümayəndələri də buradadır. Hazırda burada 57 nəfərə yaxın şəxs axtarış aparır. Bu iş professionalların işidir. Bu ərazidə çox böyük təhlükə var. Həmin itkin düşən şəxslər B1 marşrutu ilə hərəkət etməli idilər. Ancaq onlar marşrutlarını dəyişiblər" — deyə FHN rəsmisi bildirib.

F.Əliyev də alpinistlərin qar uçqununa düşdüklərini ehtimal etdiyini deyib: "Alpinistlərin itkin düşdüyü ərazi Şahdağ qoruğudur. Tamamilə haqlı olaraq bu məsələ ilə bağlı cinayət işi qaldırılıb. Mən bütün Azərbaycan dağlarını gəzmişəm. Bu təhlükə mənim başıma da gələ bilərdi. Son 4 ildə bura 465 nəfər Hava və Ekstremal İdman Növləri Federasiyasının xətti ilə, 360 nəfər isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə gəlib. Onlardan 10 nəfərinə bu və ya digər səbəblərdən imtina cavabı verilib. Qeyd etdiyimiz kimi, onlar dəqiq marşrut üzrə irəliləməliydilər. Ancaq bəzən insan özünə həddən artıq güvənir və bu güvən onu məhv edə bilir. Bura gələn adam bilir ki, gül yığmağa gəlməyib. Həmin alpinistlər kifayət qədər tanınmış və təcrübəli idmançılardır. Biz ehtimal edirik ki, onlar qar uçqununa düşüblər. Ancaq bu sadəcə bir ehtimaldır. Ola bilsin ki, orada da olmasınlar". 

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat - Sputnik Azərbaycan
CƏMİYYƏT
Klub rəhbəri: "İtkin düşən alpinistlər sağ qala bilərlər" - VİDEO

F.Əliyev Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında isə bildirib ki, alpinistlərin axtarışı üçün bütün şübhəli ərazilər qazılıb: "Amma bir yer var ki, çox qalındır. Ora çox qar yığılıb. Həmin ərazidə uçqun təhlükəsi çox böyükdür. Həmin yerə yaxınlaşsaq, başqa bir faciə baş verə bilər. Bəzi insanlar məsələnin ciddiliyini hələ də anlamır".

Nazirliyin əməkdaşının sözlərinə görə, alpinistlər dağa çıxmağa icazə üçün dekabrın 13-də müraciət ediblər. Onlara icazə dekabrın 17-də verilib: "Əslində icazə almaq üçün 4 nəfər müraciət etmişdi. Amma onlardan biri xəstə olduğu üçün bu dəstəyə qoşulmayıb".

Dağçı Babək İsgəndərovun sözlərinə görə, qrup rəhbəri Namin Bünyadzadə qış və yay fəsillərində respublikamızda və qonşu ölkələrdə zirvələrə qalxıb: "O, yetərincə təcrübəli dağçıdır. Biz ehtimal edirik ki, onlar marşrutdan çıxdıqları və havanın çətin şəraitdə olduğu üçün axtarışlarımız nəticəsiz qalır. Axtarış zamanı axtarış aparanlar da qar uçqununa düşə bilər. Buna görə də, biz ehtiyatla işləyirik".

Xəbər lenti
0