İstanbulda inanılmaz olay: Gizlincə təyyarəyə minən adam...

© REUTERS / Murad SezerAtatürk Hava limanı
Atatürk Hava limanı - Sputnik Azərbaycan
Abunə olmaq
Stüardessa sərnişinləri saymağa başlayan zaman 1 sərnişin artıq olub

BAKI, 8 yanvar — Sputnik. İstanbulun Atatürk Hava limanında qəribə hadisə baş verib. 28 yaşlı oğlan bileti olmamasına rəğmən təyyarəyə minib.

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, hadisə səhər saat 09:00-da İstanbul-Antalya reysi üzrə uçmağa hazırlaşan təyyarədə yaşanıb.

Təyyarə uçmadan öncə stüardessa sərnişinləri saymağa başlayıb. Elə bu zaman 1 sərnişin artıq olub.

Bilet yoxlanışı zamanı R.K. adlı 28 yaşlı kişi sərnişin biletini göstərə bilməyib. Təyyarəyə gizli olaraq mindiyi üzə çıxan R.K. polislər tərəfindən nəzarətə götürülüb. Onun ifadəsi alınıb.

Ətrafdakı insanların "təyyarəyə necə mindin" sualına R.K. "səhvən oldu" cavabını verib.

Xəbər lenti
0