Azər Allahverənov: “Sürücülük vəsiqəsi sərnişin avtobusunu idarə etmək üçün yetərli deyil”
Yanvarın 6-da paytaxtın Xətai rayonu ərazisində sərnişin avtobusunun idarəetməni itirərək aşması nəticəsində 20 nəfər sərnişin xəsarət alıb. Araşdırmalar nəticəsində məlum olub ki, sərnişin avtobusunu idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, sərnişin avtobusu idarə edən sürücülər yüksək hazırlıq keçməlidir:
“Ümumiyyətlə, xarici ölkələrdə sürücülük vəsiqəsinin olması sərnişin avtobusu idarə etmək üçün yetərli deyil. İctimai nəqliyyatda baş verən qəzaların, həmçinin sürücülük vəsiqəsi olmadan sərnişin avtobusunun idarə edilməsi hallarının qarşısını almaq üçün nəqliyyat şirkətlərinə daha sərt nəzarət olmalıdır”.