CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhədə getmək istəyənlərə müjdə

© Photo : ADY-nin mətbuat xidmətiNaxçıvan-Məşhəd ssürət qatarı
Naxçıvan-Məşhəd ssürət qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu marşrut iki ölkə arasında dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına dəstək olacaq

BAKI, 9 yanvar — Sputnik. Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti bərpa edilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Sürət qatarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulub

O bildirib ki, 11 yanvar 2018-ci ildə 16/15 №-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək: "Qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə, həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da Naxçıvandan yola düşəcək. Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatacaq və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq".

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb. Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

Xəbər lenti
0