CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əkizlər çox yaşaya bilmədilər

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Alidə Məmmədovanın yaxınlarının bölgə müxbirimizə bildirdiklərinə əsasən, ötən il bu qadının dünyaya gətirdiyi oğlan uşağı da xəstəxanada dünyasını dəyişib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Lənkəranda əkiz — qız və oğlan uşaqları doğulduqdan iki saat sonra ölüblər. Sputnik Azərbaycan-ın bölgə müxbirinin bildirdiyinə əsasən, ölüm hadisəsi gecə saatlarında baş verib.

Belə ki, gecə saat 02:00-da Lənkəran Rayonu Mərkəzi Xəstəxanasına gətirilən Masallı rayonu Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova Aidə doğum şöbəsinə yerləşdirilib. Hamiləliyin 7-ci ayında olan qadının səhhətində qəfildən problem yarandığından həkimlər uşaqların dünyaya gətirilməsi qərarına gəliblər. Vaxtından 2 ay əvvəl dünyaya gələn körpələri küvezə yerləşdiriblər. Küvezdə olan körpələrin hər ikisi 2 saatdan sonra dünyalarını dəyişiblər.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın müxbirinə verilən məlumata əsasən, körpələrin anası Alidə Məmmədova xəstəxanaya yüksək təzyiqlə daxil olub. Uşaqlar isə vaxtından əvvəl doğulduqlarından və ana bətnində infeksiyaya yoluxduqlarından ölüblər. Qeyd edək ki, hər iki körpələrin meyiti ekspertizaya təqdim edilib və hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Alidə Məmmədovanın yaxınlarının bölgə müxbirimizə bildirdiklərinə əsasən, ötən il bu qadının dünyaya gətirdiyi oğlan uşağı da xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti
0