BAKI, 9 yanvar — Sputnik. İspaniya həbsxanalarından birində məhkum dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Gonzalo Montoya Jimenez adlı məhkum tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Daha sonra 3 həkim tərəfindən müayinə edilən şəxsin öldüyü təsdiqlənib. Nəhayət, meyit morqa göndərilib. Morqda bir müddət sonra isə Gonzalo Montoya Jimenez özünə gəlib. O, təkrar morqdan çıxarılaraq xəstəxanaya yerləşdirilib.