BAKI, 8 yanvar — Sputnik. Məşhur argentinalı futbolçu Maradona həm də xeyriyyəçi olub.
Sputnik Azərbaycan xəbər verir ki, futbolçu 1984-cü ildə xəstə bir uşağın müalicəsinə pul yığmaq üçün “Napoli” Futbol Klubuna və FİFA-ya müraciət edib.
Maradona müraciətində oyun təşkil olunmasını, satılan biletlərdən gələn gəlirin isə uşağın müalicəsinə xərclənməsini xahiş edib. Amma hər iki tərəf Maradonanın təklifini rədd edib. Yox cavabı alan futbolçu özü xəstə uşağın evinin qarşısında oyun təşkil edib. Bu oyunu 4 min futbol həvəskarı izləyib.
— Takım Oyunu (@takimoyunu_org) 6 января 2018 г.