Rəcəb Tayyib Ərdoğan: "Babam Sarıqamışda..."

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident salona toplaşanlara Sarıqamış hərakatının 103-cü ildönümünü xatırladıb

BAKI, 9 yanvar — Sputnik. “Kəndimizdəki böyüklərimiz Sarıqamışdakı savaşdan qayıdarkən mərhum babamla bağlı xatirələrini bölüşmüşdülər. Onlar babamın tüfəngə sarılaraq donduğunu görüblər”.

Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bunu partiyasının qrup toplantısındakı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident salona toplaşanlara Sarıqamış hərakatının 103-cü ildönümünü xatırladıb: "Sarıqamış böyük bir zəfər, qəhramanlıq dastanıdır. Ordumuz həmin dövr düşmənin deyil, təbiətin qarşısında aciz qalıb. Bu hərəkatda böyük bir bölüyümüzü (60 min əsgər) soyuğa qurban verdik. Rusiya ordusu cəbhədə 30 mindən çox əsgərini itirmişdi. Kəndimizdə bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı deyirdilər: “Tüfəngə sarılaraq donduğunu gördük”. Yaşadıqlarımızdan dərs almaq lazımdır. Mərhum babam da daxil omaqla Sarıqamışın bütün şəhidlərinə Allahdan rəhmət diləyirəm".

Xəbər lenti
0