Çalışdığı işdən, ahıl yaşından asılı olmayaraq onun avtomobillərə olan həvəsi heç vaxt azalmır. Hazırda Aslan İsmayılovun çardağında yan-yana 3 avtomobil dayanır ki, hərəsi bir tarixdir.
Onlardan ən qədimi 1954-cü il istehsalı olan Moskviç- 401 avtomobilidir ki, istehsalından 60 ildən çox müddət keçməsinə baxmayaraq, bu gün də saz vəziyyətdə hərəkət edir. Qiymətinə gəlincə, ağsaqqal 63 yaşlı avtomobilinin 60 min manat dəyərində olduğunu deyir.