BAKI, 9 yanvar — Sputnik. "Apple" şirkətinin yaradıcısı Stiv Cobs 2007-ci il yanvarın 9-da San-Fransiskoda "iPhone" smartfonunu ictimaiyyətə təqdim edib. Bu smartfon üç cihazın — "iPod", "İnqilabi mobil telefon" və "İnkişaf etmiş internet smartfon"un funksiyalarını özündə birləşdirir.
"iPhone" sözü "phone" (telefon) sözündən götürülüb və qarşısına "i" hərfi əlavə edilib. Stiv Cobs təqdimetmə mərasimində başa salıb ki, bu, İnternet sözünün baş hərfidir.
Aparat 2007-ci il iyunun 29-da satışa çıxarılıb və qısa müddət ərzində ABŞ bazarının böyük bir hissəsini ələ keçirib. Az sonra isə bütün dünyada populyarlıq qazanıb.
İndiyə kimi "iPhone"nin bir neçə versiyası buraxılıb. Onun sonuncu modeli smartfonun 10 illiyi ilə bağlı buraxılan "iPhone X"-dir.
Nüfuzlu "Time" jurnalı Stiv Cobsun "Biz telefona ikinci həyat verdik" sözlərini təsdiqləyərək 2007-ci ildə bu smartfonu ilin ixtirası adlandırıb.