Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğlan barda içəndən sonra özünü qatarın altına atıb

CC BY 2.0 / N Wong / Wine TapsŞərab badələri, arxiv şəkli
Şərab badələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaq: Ola bilsin, cavan oğlan sərxoş olduğu üçün platformada müvazinətini saxlaya bilməyərək relsin üstünə yıxılıb

BAKI, 9 yanvar — Sputnik. Hüquq-mühafizə orqanları Bakı metrosunun "Ulduz" stansiyasında özünü qatarın altına atan 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəşad Əlixan oğlu Mustafazadənin hansı şəraitdə intihar etdiyini müəyyənləşdirib.

Qeyd edək ki, hadisə yanvarın 8-də saat 22:10-da baş verib. Nəticədə "Həzi Aslanov"-"İçərişəhər" xəttində qatarların hərəkətində 20 dəqiqəlik gecikmə baş verib.

Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Mustafazadə Gəncə sakini olsa da, Bakıda yaşayırmış. İntihardan iki saat əvvəl cavan oğlan Bakının Nəsimi rayonu ərazisində yerləşən "Sport Pub" barında olub. O, orada bir miqdar spirtli içki qəbul edib. Sonra taksi sifariş edərək "Ulduz" stansiyasına qədər gedib. "Ulduz"da Mustafazadə metroya düşüb və özünü qatarın altına atıb.

İstintaq hadisənin təsadüfi olduğunu istisna etmir. Ola bilsin, cavan oğlan sərxoş olduğu üçün platformada müvazinətini saxlaya bilməyərək relsin üstünə yıxılıb. İstintaq zamanı valideynlərinin verdiyi izahata görə, Mustafazadə psixi çatışmazlıqdan əziyyət çəkirmiş. Buna görə də, Bakıdakı 1 saylı psixiatrik klinikada qeydiyyatda imiş.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü oldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Xəbər lenti
0