CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki Əməkdar artist məhkəmədə üz-üzə gələcək

Abunə olmaq
R.Ayxan A.Bəylərin “ARB” telekanalının “Səhər-səhər” verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib

BAKI, 9 yanvar — Sputnik. Əməkdar artist Röya Ayxanın həmkarı, Əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib.

Vəkil Vamiq Şükürovun APA-ya verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail rayon Məhkəməsində baxılacaq.

R.Ayxan A.Bəylərin “ARB” telekanalının “Səhər-səhər” verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.

R.Ayxan həmkarından 50 min manat təzminat və A.Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir.

Xəbər lenti
0