Alpinistlərin axtarış qərargahından xəbər var

© Sputnik / Irade JELILQuba rayonu Xınalıq kəndi
Quba rayonu Xınalıq kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Onların axtarışı ilə bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib

BAKI, 9 yanvar — Sputnik. "Gilavar" hava-ekstrim idman klubunun 3 üzvünün axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, avstriyalı alpinist Adolf Harrer və başqaları iştirak edir.

Qeyd edək ki, "Gilavar" hava-ekstrim idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə Quba rayonu ərazisində itkin düşüb. Onların axtarışları hələ də davam edir.

Xəbər lenti
0