BAKI, 9 yanvar — Sputnik. Tanınmış amerikalı aktrisa Qvinet Peltrou yenidən evlənməyə hazırlaşır. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, 45 yaşlı aktrisa ilə sevgilisi, 46 yaşlı prodüser Bred Falçuk arasında nişan olub.
Cütlük nişanlandıqlarını dünən canlı efirdə elan edib.
"Bu yaşda romantik sevgiyə baş vurmaq asan deyil. Ancaq mən bunu etdim. Çünki bərabər yaşaya biləcəyim və münasibətləri yenidən qura biləcəyim insanı tapdım" — Peltrou deyib.
Qeyd edək ki, Qvinet Peltrou ilk əri Kris Martindən 2016-cı ilin yayında ayrılmışdı.