Tofiq Abbasov: “İranın beynəlxalq sazişlərə riayət etməsi ABŞ-ın könlüncə deyil”
İranla nüvə razılaşmasının ləğvinə dair qanun yanvarda qəbul oluna bilər. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Tramp hələ seçki kampaniyası vaxtında bu qanunu ləğv edəcəyi barədə vəd vermişdi:
“ABŞ-ın bəhanəsi budur ki, razılaşma İranın xeyrinədir. Həmçinin ABŞ İranın indiki rejimini qeyri-qanuni sayaraq onu müharibəyə təhrik edir”.