Türkiyədə 250 azərbaycanlı və gürcüyə pul "atanlar" tutuldu

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkarlar Sakaryadan qaçmaq istəyərkən avtovağzalda tutulublar

BAKI, 8 yanvar — Sputnik. Azərbaycan və Gürcüstandan olan 250 nəfər miqranta Türkiyədə iş tapmaq sözü verən 2 dələduz Sakarya şəhərində həbs olunub.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Sakarya vilayətinin Karasu rayonunda yaşayan C.M. və B.A. internetdə tanış olduqları Azərbaycan və Gürcüstan vətəndaşlarına iş sözü verərək hərəsindən 1000 ABŞ dolları beh alıb. 250 min dollar pulu mənimsəyərək yoxa çıxan xuliqanlar polisin başlatdığı əməliyyat nəticəsində tapılıblar.

Cinayətkarlar Sakaryadan qaçmaq istəyərkən avtovağzalda həbs olunublar.

Hadisə ilə bağlı istintaq işi davam edir.

Xəbər lenti
0