BAKI, 8 yanvar — Sputnik. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib.
Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Sərnişinlərin bildirdiyinə görə, avtobusda yanğın sürücünün istilik sistemini işə salmasından sonra baş verib. Avtobusdakı sərnişinlərin çoxunun Rusiya vətəndaşı olduğu bildirilir.