BAKI, 8 yanvar — Sputnik. Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti növbəti dəfə uzadılacaq. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirinin müavini və hökumətin sözçüsü Bəkir Bozdağ bildirib.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi (OHAL) dalbadal 6-cı dəfə uzadılır. Bəkir Bozdağ məsələyə Milli Təhlükəsizlik Şurasının iclasında baxılacağını qeyd edib.
Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2015-ci il 15 iyul dövlət çevrilişi cəhdindən sonra tətbiq edilib.