Suriyada azərbaycanlı terrorçu tutuldu – VİDEO

© Photo : Youtube / YPG PRESS OFFICERaziq Həqiqi Maksimov
Raziq Həqiqi Maksimov - Sputnik Azərbaycan
Abunə olmaq
Videomüsahibədə R.Maksimovdan əlavə daha iki İŞİD-çi dindirilir

BAKI, 8 yanvar — Sputnik. Suriyada azərbaycanlı tutulub. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədən Suriyaya keçmək istəyən azərbaycanlı İŞİD terror qruplaşmasının üzvü olub.

Onu kürd silahlı dəstələrinin üzvləri tutublar. İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Raziq Həqiqi Maksimovdur və əslən Azərbaycandandır. İŞİD-də adı Əbdul Rəzzaq olan terrorçunun 30 yaşı var.

Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub. Əvvəlcə İstanbula, ordan Antepə keçib. Terrorçu bildirib ki, məqsədi sadəcə yaxşı yaşamaq olub. Və bu müddət ərzində cəmi iki ay işləyib. Qalan zamanları isə hazır maaş alaraq yaşayıb. Terrorçu qeyd edib ki, Suriya sərhədini keçmək çox asandır: "Orada çoxlu qaçaq keçirən var. Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar. Amma hazırda Türkiyədə də vəziyyət yaxşı deyil".

YPG-yə təslim olduğunu deyən terrorçu qeyd edir ki, islama yaxın dövlət olduğu üçün Türkiyədə yaşamaq daha asandır.

Videomüsahibədə R.Maksimovdan əlavə daha iki İŞİD-çi dindirilir.

Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adı açıqlamayan Almaniya vətəndaşıdır.

Onlar vətənlərinə getmək istəmədiklərini və Türkiyəni vətən qəbul etdiklərini deyiblər.

Xəbər lenti
0