İsveçrə qəzetindən ərəbləri şoka salan iddia

© AFP 2023 / JACK GUEZDəmir günbəz raket müdafiə sistemi, arxiv şəkli
Dəmir günbəz raket müdafiə sistemi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsveçrə qəzetinin iddiasına hələlik heç bir münasibət bildirilməyib

BAKI, 8 yanvar — Sputnik. Səudiyyə Ərəbistanı rəhbərliyi İsraildən müdafiə sistemi almağa hazırlaşır. Sputnik Azərbaycan bu barədə "Akşam"-a istinadən xəbər verir.

Yəməndə İranın dəstək verdiyi husi üsyançılarının Səudiyyə Ərəbistanına atdığı raketlərdən sonra hərəkətə keçən ölkə rəhbərliyi İsraildən “dəmir günbəz” raket müdafiə sistemi almaq üçün danışıqlara başlayıb.

Məlumatı İsveçrənin “Basler Zeitung” qəzeti yayıb. Qəzet ər-Riyad və Təl-Əviv arasında qeyri-rəsmi hərbi əlaqələrin yüksək səviyyədə olduğunu iddia edib.

Səudiyyə Ərəbistanı raket əleyhinə müdafiə sistemindən başqa, İsraildən ağır silah və tank almağı da planlaşdırır.

İsveçrə qəzetinin iddiasına rəsmi ər-Riyad hələlik heç bir münasibət bildirməyib.

Xəbər lenti
0