CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda qəribə oğurluq: Yarış atları oğurlandı

© © Foto kənd sakinləri tərəfindən təqdim olunubOğurlanmış atlar, arxiv şəkli
Oğurlanmış atlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Atların bağlandığı iplərin kəsilməsi onların oğurlandığını göstərir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Masallıda kənd sakinlərinin atları oğurlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, oğurluq hadisəsi rayonun Xırmandalı kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri Anar Qurbanov və Rafael Əsədova məxsus iki at oğurlanıb. Hər iki şəxs atları otlamaq üçün ərazidə olan otlaq sahəsinə aparıblar. Atların başqa əraziyə keçməməsi və qonşuların torpaq sahəsinə ziyan vurmaması üçün onları bağlayıblar. Axşam saatlarında otlağa gələn at yiyələri atların orda olmadıqlarını görüblər.

R.Əsədov və A.Qurbanov atların qaçmadığını, məhz oğurlandıqlarını bildirirlər. Atların bağlandığı iplərin kəsilməsi onların oğurlandığını göstərir.

Qeyd edək ki, oğurlanan hər iki at Masallıda keçirilən at yarışlarında iştirak edib.

Oğurluqla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət edilib.

Xəbər lenti
0