Göydən iquana yağır

© Sputnik / Maksim Blinov / Mediabanka keçidİquana
İquana - Sputnik Azərbaycan
Abunə olmaq
Donan iquanaların ağaclardan yerə düşməsi yağışı xatırladıb

BAKI, 8 yanvar — Sputnik. Son günlər ABŞ-da həddindən artıq soyuq hava müşahidə olunur. Xüsusilə Florida ştatını ağuşuna almış soyuq hava kütlələri qeyri-adi hadisələrin baş verməsinə səbəb olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ağaclarda yaşayan iquanalar donaraq yerə düşməyə başlayıb. İsti havada yaşamağa uyğunlaşan iquanalar bu cür soyuq hava şəraitində yaşaya bilmir və donur.

Donan iquanaların ağaclardan yerə düşməsi yağışı xatırladıb. Heyvanlar yerə düşərək hərəkətsiz qalıb.

Mütəxəssislər qeyd ediblər ki, onların yenidən hərəkət edib həyata dönməsi üçün havaların isinməsi önəmlidir. Belə hava şəraiti uzun sürərsə, iquanalar ölə bilər.

Xatırladaq ki, bu ərazidə analoji hava şəraiti 2008 və 2010-cu illərdə də yaşanıb.

Xəbər lenti
0