BAKI, 8 yanvar — Sputnik. Nyu-Yorkda "Trump-tower" göydələninin damında yanğın baş verib. Sputnik Azərbaycan bu barədə "Daily Mail"-ə istinadən xəbər verir.
© Photo : TWITTER / @NYCBMD / via REUTERSTrump Tower-də yanğın, 8 yanvar 2018-ci il
Trump Tower-də yanğın, 8 yanvar 2018-ci il
© Photo : TWITTER / @NYCBMD / via REUTERS
Məlumata görə, yanğına binanın elektrik xətlərində yaranan qısaqapanma səbəb olub. Hazırda yanğın tamamilə nəzarətə alınıb.
Yaralılar və ölənlər barədə hələlik məlumat verilməyib.