ABŞ-dan Türkiyəyə qorxunc sürpriz

Abunə olmaq
"Artıq bu istiqamətdə işlər görülməyə başlanılıb"

BAKI, 8 yanvar — Sputnik. PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-ni 4000 TIR dolusu silahla təmin edən Amerika Birləşmiş Ştatları Türkiyəyə sürpriz hazırlayır. Sputnik Azərbaycan bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir.

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın amerikalı mətbuat katibi Rayn Dilon (solda) - Sputnik Azərbaycan
ABŞ-dan xain etiraf: PKK-nı Türkiyədən qoruyacağıq

Qəzetin yazdığına görə, adının açıqlanmasını istəməyən amerikalı diplomat Londonda yayımlanan "Şark əl-Əvsat" jurnalına bu haqda danışıb: "Ağ Ev Suriya siyasətində yeni dəyişikliyə hazırlaşır. Müdafiə naziri Ceyms Mettis PYD-nin nəzarətindəki bölgələri rəsmən tanımaq üçün əraziyə diplomatlar göndərib".

Məlumata görə, amerikalı diplomatlar PKK-nın təyin etdiyi səlahiyyətli şəxslərlə geniş tərkibdə görüş keçiriblər. Görüşdə PYD-nin hakim olduğu bölgələrdə infrastrukturun inkişafı, dağıdılan yerlərin restavrasiyası, ərazidə polis qüvvələrinin yaradılması və ABŞ hərbi bazalarının mühafizəsi məsələləri müzakirə edilib: "Artıq bu istiqamətdə işlər görülməyə başlanıb".

Xəbər lenti
0