BAKI, 8 yanvar — Sputnik. Rzayevlər ailəsinin 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciəti "ASAN xidmət" mərkəzlərinə olan 19 milyonuncu müraciət kimi qeydə alınıb. "ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.
Qeyd edək ki, balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və "ASAN xidmət" tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.