Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 7 yanvar— Sputnik. Qax rayonunun Əmbərçay kəndində xoşagəlməz hadisə baş verib.
Kənd sakini Asəf Cumayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə dediyinə görə, hadisə gündüz saatlarında baş verib: “Heyvanları otarmaq üçün dağa apardım, canavarlar hücum etdi. Özüm və digər iribuynuzlu heyvanlar xilas olsa da, buzov yırtıcılar təfərindən parçalandı”.
Kənd sakinlərinin sözlərinə görə analoji hadisələr tez-tez baş verir.
Sözügedən kənddə son bir ay ərzində heyvanlar 3 dəfə yırtıcıların hücumuna məruz qalıb.