BAKI, 7 yanvar — Sputnik. Bakıda qaynatanın hədiyyə etdiyi obyekt üstündə bacanaqlar arasında dava düşüb.
"Report"un məlumata görə, mübahisə zamanı bacanaq bacanağı bıçaqlayıb.
Belə ki, 1989-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Əbilov Anar Vidadi oğlu, Şıx qəsəbəsində obyektdə bacanağı tərəfindən bıçaqlanıb. Əlbəyaxa dava zamanı, daha sonra Anar Əbilovun burnu dişlənilərək qoparılıb.
Zərərçəkən dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Anar Əbilov çoxlu qan itirib, vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisə obyekt üstündə düşən mübahisə səbəbindən baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.