CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın toyuq və yumurta idxal etdiyi ölkələrin adları bilindi

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidПтицефабрика
Птицефабрика - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkələrdə və eləcə də Azərbaycanda epizootik vəziyyət normaldır

BAKI, 5 yanvar — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Kostroma vilayətində "quş qripi"nin aşkarlanması ilə əlaqədar Azərbaycanın həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.

Sputnik Azərbaycan trend-ə istinadla bildirir ki, xidmətin mətbuat katibi Yolçu Xanvəlinin sözlərinə görə, ötən ilin mart-aprel aylarında Moskva və Moskva ətrafı vilayətdə "quş qripi" aşkarlandığından Azərbaycan həmin vaxtdan bu ərazidən quş əti və quş əti məhsullarının idxalına müvəqqəti qadağa qoyub.

Y.Xanvəli qeyd edib ki, Azərbaycan Rusiyanın "quş qripi"nin aşkarlandığı Kostroma vilayətindən quş əti və quş əti məhsulları idxal etmir: "Buna görə də bu ərazidən idxala məhdudiyyətin qoyulması barədə hər hansı qərarın verilməsinə ehtiyac yoxdur. Buna baxmayaraq, həmin ərazidəki vəziyyəti diqqətdə saxlayaırıq".

Y.Xanvəli əlavə edib ki, hazırda Azərbaycan quş əti və quş əti məhsullarını Türkiyə, Braziliya və Ukraynadan, damazlıq yumurtaları isə Ukrayna və Türkiyədən idxal edir: "Bu ölkələrdə və eləcə də Azərbaycanda epizootik vəziyyət normaldır".

Qeyd edək ki, Rusiyanın Kostroma vilayətində yayılan "quş qripi" ilə əlaqədar Belarus bu gündən həmin ölkədən toyuq əti idxalına qadağa qoyub.

Xəbər lenti
0