Qar uçqunu on bir can aldı

Xəbərlərə abunə olun
НовостиTelegram
Qar uçqunu nəticəsində 11 nəfər həlak olub

BAKI, 6 yanvar — Sputnik. Hindistanın Cammu və Kəşmir ştatında qar uçqunu nəticəsində 11 nəfər həlak olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Hindustan Times" nəşri rəsmi mənbələrə istinadla hadisənin ötən axşam Kupvara dairəsində baş verdiyini bildirib.

Uçqun nəticəsində həlak olanlar arasında uşaqlar da var.

Yerli polis, hərbçilər və sakinlər qar uçqunu altında qalan insanların axtarışında iştirak edirlər. Bu günə qədər iki nəfəri xilas etmək mümkün olub.

Xəbər lenti
0