Qanun Rusiyada qüvvəyə mindi, sizin də xəbəriniz olsun...

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidİşığı əks etdirən jilet
İşığı əks etdirən jilet - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən yenilik martın 17-dən etibarən qüvvəyə minəcək

BAKI, 5 yanvar — Sputnik. Rusiyada Yol Hərəkəti Haqqında qaydalara yeni maddə əlavə edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yeni əlavəyə görə, bundan sonra avtomobil sürücüləri avtomobillərini yaşayış məntəqələrindən kənarda saxlayıb, tərk etdikləri zaman məcburi qaydada işığı əks etdirən gödəkcə və ya jilet geyinməlidir.

Sözügedən yenilik martın 17-dən etibarən qüvvəyə minəcək.

2017-ci ilin 6 aylıq statistikasına görə, günün qaranlıq saatlarında 7,5 min piyada vurulması qeydə alınıb. Bu rəqəm 2016-cı ilin analoji dövrü ilə müqayisədə 10, 2 faiz az olsa da, hadisələr zamanı 1321 nəfər həlak olub və 6537 nəfər zərər çəkib.

Bununla yanaşı, nəqliyyat vasitələri sürücülərinin vurulması halları da artıb. Belə ki, qeyd edilən dövr ərzində 66 belə hadisə baş verib. Bu isə 2016-cı il ilə müqayisədə 4,8 faiz çoxdur.

Xatırladaq ki, sürücülərin qoruyucu gödəkcə geyməsi bir çox Avropa ölkələrində var.

Xəbər lenti
0