BAKI, 6 yanvar — Sputnik. Ekspertlər Çin istehsalı olan Huawei Mate 10 Pro telefonunu müasir Android smartfonlarının ən yaxşısı adlandırıblar.
Sputnik Azərbaycan xəbər verir ki, Android Authority portalının keçirdiyi hərtərəfli test zamanı texniki parametrlər, işin sürəti, akkumulyatorun imkanları, qiymət, həmçinin kameranın işi təyinedici faktorlar kimi götürülüb. Bununla yanaşı, təsvirlərin keyfiyyəti istifadəçi səsverməsinin köməyi ilə təyin edilib.
Tədqiqatın nəticələrinə əsasən Huawei Mate 10 Pro final qiymətləndirmədə 361 bal alıb. Onu cəmi bir neçə aşağı balla Samsung Galaxy Note 8 izləyib. Koreya flaqmanı 354 bal toplayıb. Üçüncü yeri OnePlus 5T (337 balla) tutub.
Bundan əlavə, ən yaxşıların siyahısına Nokia 8, LG V30, Pixel 2 XL, Moto Z2 Force, Sony Xperia XZ1, Razer Phone və BlackBerry KEYone Black modelləri də daxil edilib.