Avtomobilinin seriya nömrəsini itirdi, əvəzində 12 maşın nömrəsi tapdı

© Photo : İHAOnur Pirinç
Onur Pirinç - Sputnik Azərbaycan
Abunə olmaq
Körpü intensiv yağan yağış nəticəsində sel suları altında qalıb

BAKI, 6 yanvar — Sputnik. Adananın mərkəz Seyhan rayonu Turhan Cemal Beriker Bulvarı ilə Müəllimlər Bulvarını birləşdirən körpü intensiv yağan yağış nəticəsində sel suları altında qalıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, sel nəticəsində avtomobillər bu yolda ilişib qalıb.

Hətta bəzi maşınların dövlət seriya nömrələri itib. Avtomobilinin dövlət seriya nömrəsini düşdüyünü görən 33 yaşlı Onur Pirinç dizlərinə kimi suya girərək, nömrəni axtarmağa başlayıb. Onur Pirinç öz avtomobilinin dövlət seriya nömrəsini axtarana kimi 12 başqa maşın nömrəsini tapıb. Sürücü baş verənlər ilə bağlı bunu deyib: "Öz avtomobilimin dövlət seriya nömrəsi itmişdi. Onu axtarırdım, amma başqa maşınlara məxsus dövlət seriya nömrələri tapdım".

Xəbər lenti
0