Düşmən qardaşlar dörd gün sonra üz-üzə gələcək

© REUTERS / Kim Hong-JiCənubi Koreya hərbçisi
Cənubi Koreya hərbçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Şimali Koreya idmançılarının Qış Olimpiadasına qatılması və digər ümumi maraqlar masaya yatırılacaq

BAKI, 5 yanvar — Sputnik. Düşmən qardaşlar olaraq bilinən Şimali və Cənubi Koreya dövlətləri arasında son günlər "mülayim küləklər" əsməyə başlayıb. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, iki ölkə rəsmiləri problemlərin müzakirəsi üçün bu il yanvarın 9-da bir araya gələcəklər.

Rəsmi Seul Pxenyanya göndərdikləri müzakirə təklifinin qəbul olunduğunu açıqlayıb. Dörd gün sonra keçiriləcək zirvədə Şimali Koreya idmançılarının Qış Olimpiadasına qatılması və digər ümumi maraqlar masaya yatırılacaq.

Rəsmi Pxenyan müzakirə təklifini ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimi ertələməsindən sonra qəbul edib. Danışıqlarda konkret hansı dövlət adamlarının iştirak edəcəyi hələlik bilinmir.

Xəbər lenti
0