Trampın həyatından bəzi məqamlar: gecə öz otağında...

© REUTERS / Mike Segar Избранный президент США Дональд Трамп, фото из архива
Избранный президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist Maykl Vulf kitabı prezidentə yaxın 200 nəfərlə görüşdükdən sonra yazdığını deyib

BAKI, 5 yanvar — Sputnik. Məşhur amerikalı jurnalist Maykl Vulf ABŞ prezidenti Donald Trampın rəhbərlikdə olduğu ilk ilini kitab formasında qələmə alıb. "Qəzəb və hiddət: Trampın Ağ Evinin içində" adlı kitab 9 yanvarda satışa çıxacaq.

Sputnik xəbər verir ki, kitabdan bəzi hissələr artıq ölkə mediasında yayımlanıb. Kitabda prezidentin Ağ Evdəki özəl həyatına dair bəzi məlumatlar qeyd olunub.

Vulf iddia edir ki, Tramp yediyi qidaların təmizliyindən savayı, onların hansı formada hazırlanmasına da xüsusi diqqət ayırır. "O, zəhərlənməkdən qorxur" — jurnalist yazıb.

Kitabda ən çox diqqət çəkən və komik olan hissə isə Donald Trampın gecə həyatıdır.

"Tramp və Melania gecə eyni otaqda yatmırlar. Prezident otağına keçəndən sonra qapını arxadan qıfıllayır. Otağında 3 televiziya var, üçünü də eyni anda izləyir. Xadimələrlə yola getmir. Onun yerə atdığı paltarlarını yığışdıran xidmətçilərə "o yerdədirsə, deməli, elə olmasını mən özüm istəyirəm" deyə tənbeh edir. Heç kəsi əşyalarına, xüsusilə diş fırçasına toxunmağa qoymur. Hətta yastığının üzünü belə özü dəyişir. O, hər şeydən qorxur, çəkinir" — kitabda qeyd olunub.

Jurnalist Maykl Vulf kitabı prezidentə yaxın 200 nəfərlə görüşdükdən sonra yazdığını deyib.

Xəbər lenti
0