BAKI, 5 yanvar — Sputnik. Türk filminin əfsanə aktyorlarından sayılan Münir Özkul bu gün 93 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhşur aktroy uzun müddətdir huşsuz vəziyyətdə yaşayırmış. 2003-cü ildən bəri xəstə olan aktor insanların yaddaşında "Hababam sınfı"nın Mahmud hocası kimi qalıb.
Münir Özkul 1925-ci ildə avqustun 15-də İstanbulda dünyaya gəlib. Aktyor bu günə qədər 10 serial, 20 teatr tamaşası və 220-yə yaxın filmdə rol alıb.