CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Dağüstü Park”ın simvolunun yıxılması

© Sputnik / V.Kalinin / Mediabanka keçidKirovun Bakıdakı heykəli
Kirovun Bakıdakı heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Dağüstü parkında qoyulan və artıq tamamilə yersiz görünən bolşevik Kirovun heykəli düz 26 il əvvəl sökülüb

BAKI, 5 yanvar — Sputnik. 1991-ci il yanvarın 5-də Bakının Dağüstü mədəniyyət və istirahət parkında (indiki "Şəhidlər Xiyabanı"nın ərazisi) ötən əsrin 20-ci illərində Azərbaycana rəhbərlik etmiş Sergey Mironoviç Kirovun nəhəng heykəli sökülüb. Yarım əsrə yaxın Bakının ən uca zirvəsində "qərar tutan" abidə Azərbaycanda sosializmin təntənəsinin təcəssümü idi.

Heykəlin götürülməsi ilə bağlı rəsmi məlumatda əsas kimi "texniki səbəb" — ərazinin sürüşmə zonasında olması göstərilirdi. Həqiqətdə isə bu, Azərbaycanın sovet sistemi və onun simvolları ilə vidalaşmasına işarə idi.

Digər tərəfdən, 20 Yanvar qırğınından sonra şəhidlərin dəfn edildiyi bir məkanda sovet rəhbərliyinin simvolunun qalmasının özü absurd idi və bu təzad aradan qaldırıldı.

Xəbər lenti
0