Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaralov: "Bəzi bölgələrdə aktivləşmə müşahidə olunur"

© Sputnik / Irade JELILƏrazidə evlərin sayı artdıqca göl də böyüyür
Ərazidə evlərin sayı artdıqca göl də böyüyür - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin ərazilərdə çox saylı göllər var ki, onların suyu keçən il yaşayış evlərininin zirzəmilərini basıb"

BAKI, 5 yanvar — Sputnik. "Bu il "Şuşa şəhərciyi"ndə, "Savalan" yaşayış massivində, Qala qəsəbəsində "Dəmiryolu" və "Daş karxanası" adlanan ərazilərdə, Binəqədidə İbrahimov küçəsindən "Baksol"a gedən ərazidə subasma hadisələri qeydə alınıb".

Bakı teleqülləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı Teleqülləsi ilə bağlı həyəcan siqnalı: təhlükəli vəziyyət yaranıb

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, Zabrat, Məhəmmədi, Goradil ərazilərdə çox saylı göllər var ki, onların suyu keçən il yaşayış evlərininin zirzəmilərini də basıb.

"Amma çoxsaylı müraciətlərin nəticəsində dövlət səviyyəsində tədbirlər görüldü, gölün ağzı açıldı və hazırda həmin ərazidə subasma qeydə alınmır. Güzdəkdə Daşagil gölündə bu ay subasma qeydə alınmayıb. Amma hazırda Savalanda, "Şuşa şəhərciyi"ndə, Binəqədidə, Masazırdakı Zəli gölündə aktivləşmə müşahidə edilir" — Ə.Qaralov bildirib.

Xəbər lenti
0