CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində avtovağzalda nə baş verib? - AÇIQLAMA

© Sputnik / Murad OrujovBakı beynəlxalq avtovağzalı
Bakı beynəlxalq avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Bayramdan sonrakı günlərdə gün ərzində təxminən 11-12 min sərnişin daşınıb

BAKI, 4 yanvar — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi bir günə 18 min sərnişin daşıyıb. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.

Onun sözlərinə görə, 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar — Yeni il ilə əlaqədar təmsil etdiyi qurum dekabrın 25-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

"Bayram ərəfəsində ən çox sərnişin sıxlığı yaşanan gün 30 dekabr olub. Həmin gün təxminən 18 minə qədər sərnişin daşınıb. Hazırda da Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır. Bayramdan sonrakı günlərdə gün ərzində təxminən 11-12 min sərnişin daşınıb".

Y.İsakov bildirib ki, ötən illərlə müqayisədə onlayn bilet satışında aktivlik müşahidə olunub: "Təyin edilmiş qrafiklər üzrə öncədən bilet satışının təxminən 40 faizini onlayn satış təşkil edib".

Xəbər lenti
0