BAKI, 5 yanvar — Sputnik. Xəzər dənizinin Bakı sahilində zəlzələ olub.
Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda dənizdə qeydə alınıb.
Dənizkənarı yaşayış məntəqələrində 3 bala qədər təkanlar hiss olunub.