BAKI, 5 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın işçilərinə iş saatlarında şəxsi mobil telefonlarından istifadə etməyə qadağa qoyduğu iddia edilir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ Evdə çalışan iki səlahiyyətli şəxs bildirib ki, Trampın mətbuat xidmətinin rəhbəri Con Kelli təhlükəsizlik baxımından və daha yaxşı işləmələri üçün Ağ Evdə çalışanların şəxsi mobil telefonların istifadəsinə qadağa qoyulmasını istəyib. Qadağanın cümə günündən qüvvəyə minəcəyi bildirilir.
Ağ Evdə işləyənlər isə iş saatlarında ailələrindən xəbər ala bilməyəcəkləri üçün narahat olublar və narazılıqlarını dilə gətiriblər.