BAKI, 4 yanvar — Sputnik. Qobustan rayonu, Qaracüzlü kəndində dəhşətli yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan FHN-in rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.