CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metropolitenindən Yeni il rekordu

© Sputnik / Murad OrujovСтанция метро Нариман Нариманов
Станция метро Нариман Нариманов - Sputnik Azərbaycan
Abunə olmaq
Ən çox sərnişin "İçəri şəhər" və "28 may" stansiyalarından daşınıb

BAKI, 4 yanvar — Sputnik. Bakı metropoliteni dekabrın 31-i gecə saat 23:00-dan yanvarın 1-i saat 01:30-dək 55 min sərnişin daşıyıb.

Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, həmin gün gündüz saatlarında metrodan az sərnişin istifadə etsə də, gecə saatlarında sərnişin çoxluğu müşahidə olunub: "Həmin gün Dənizkənarı Milli Parkda keçirilən atəşfəşanlıqla bağlı metro stansiyaları gecə saat 01:00-a qədər işləməli idi. Lakin sərnişinlər çox olduğundan gecə saat 01:30-a qədər stansiyalar sərnişin daşıyıb. Ümumilikdə, dekabrın 31-də gecə saat 23:00-dan sonra 55 min sərnişin daşınıb. Təkcə yanvarın 1-i gecə saat 01:00-dan 01:30-a qədər metro ilə 10 mindən çox sərnişin daşınıb".

N.Paşayev bildirib ki, ən çox sərnişin "İçəri şəhər" və "28 may" stansiyalarından daşınıb.

Xəbər lenti
0