Dünyada elmi inqilabın baş verməsində əvəzsiz rol oynamış dahi

© Photo : PUBLIC DOMAINİsaak Nyuton
İsaak Nyuton - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda İsaak Nyutonun böyük rolu olub

BAKI, 4 yanvar — Sputnik. 1643-cü il yanvarın 4-də İngiltərədə tanınmış fizik, riyaziyyatçı, astronom və filosof İsaak Nyuton anadan olub (1643-1727).

Dünyada elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda İsaak Nyutonun böyük rolu olub.

İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil edən İsaak Nyutonun məşhur əsərlərindən biri də “Natural fəlsəfənin riyazi başlanğıcı” əsəridir.

17-ci əsrin sonunda Nyuton elmi kəşflərində Kopernik, Kepler və Qalileo Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib.

Nyuton ümumdünya cazibə qanununu kəşf edib, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçüb. Nyuton qızmış cisimlərin Soyuma qanununu da kəşf edib. 

Xəbər lenti
0