Faiz artımı ciddi fikir ayrılıqlarına səbəb olub

© Photo : pixabay / Free-PhotosЧеловек, работающий с документами
Человек, работающий с документами - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Mərkəzi Bankının dekabr toplantısının protokolları açıqlanıb

BAKI, 4 yanvar — Sputnik. ABŞ Mərkəzi Bankı (FED) 12-13 dekabrda keçirilən son toplantısının protokollarını dərc edib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, iclasın protokollarında bu il faizin 3 dəfə artırılmasına dair fikir ayrılıqlarının yarandığı üzə çıxıb. Protokollardan görünür ki, bəzi üzvlər faizin bu il 3 dəfə artırılmasını çox "sərt", digərləri isə "yumşaq" kimi qəbul edir.

FED-in ilk iclası 30-31 yanvarda Vaşinqtonda keçiriləcək. Hazırkı FED rəhbəri Canet Yellenin sonuncu dəfə iştirak edəcəyi bu iclasda uçot dərəcəsinin qaldırılacağı gözlənilmir.

Xəbər lenti
0