Fuad İsmayılov: “Valideynlər erkən nikahın ziyanlarını bilsələr onun sayı azalacaq”
Azərbaycanda erkən nikahların zərərlərindən bəhs edən təbliğatın mütəmadi aparılmasına baxmayaraq hələ də belə hallara rast gəlinir. Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov Sputnik Azərbaycan-a deyir ki, erkən nikahlar bizim ölkə üçün çox böyük problemdir:
“Erkən nikah bağlayan insanlar buna hazır deyillər. Bir çox ölkələrdə erkən nikahlarla mübarizə üçün yaxşı strategiyalar var. Valideynlər erkən nikahın nə qədər ziyanlı bir şey olduğu barədə maariflənsə, onun sayı azalacaq”.