Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ata qızlarını öldürüb intihar etdi

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxınlarının dedikərinə görə, uzun müddətdir ki, cütlüyün boşanma prosesi davam edir

BAKI, 3 yanvar — Sputnik. Türkiyədə ata iki qızını öldürdükdən sona özü də intihar edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Maltepedə Əli Yardım boşanmaq ərəfəsində olduğu həyat yoldaşı ilə yaşayan iki 2-4 yaşlı qızlarını bir günlük evinə gətirərək əvvəlcə onları güllələyərək öldürüb, daha sonra isə intihar edib. 

Məlumata görə, onların meyidini anaları Dilək Yardım aşkar edib. Qızlarını atalarından almağa gələn qadın evdə onların cəsədləri ilə qarşılaşıb. Qadının səsinə yığılan qonşular polis və təcili yardım çağırıblar. Məlum olub ki, kişi həyat yoldaşından intiqam almaq üçün belə addım atıb.

Yaxınlarının dedikərinə görə, uzun müddətdir ki, cütlüyün boşanma prosesi davam edir. Əli Yardımın həftədə bir dəfə qızlaırnı görmək icazəsi olub.  


Xəbər lenti
0