CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadını maşınla öldürüb qaçdı

© Sputnik / İlham MustafaPiyadanın ölümü ilə nəticələnən qəza
Piyadanın ölümü ilə nəticələnən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Şirvan şəhərinin mərkəzində qadını vurub qaçan Sabirabad sakini yaxalanıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 3 yanvar — Sputnik.
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Şirvan şəhərindəki Heydər Əliyev prospektində baş verib.

DİN-in mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. N.Xəlilova elə hadisə yerindəcə ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti
0