Tramp danışdı və daha bir ölkəni ABŞ-a düşmən etdi

© REUTERS / Kiyoshi Ota/PoolDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Pakistandakı səfiri Devid Heyl Xarici İşlər Nazirliyinə çağırılıb

BAKI, 2 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın çıxışı daha bir beynəlxalq gərginliyə səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Pakistandakı səfiri Devid Heyl Xarici İşlər Nazirliyinə çağırılıb.

Amerikalı diplomat XİN-ə yanvarın 1-i axşam saatlarında dəvət edilib. Ona, prezident Trampın bəyanatı ilə bağlı etiraz notası təqdim edilib.

Qeyd edək ki, Donald Tramp Pakistanı əfqan terrorçularına sığınacaq verməkdə ittiham edib. O, "Twitter"də yazdığı qeyddə son 15 ildə Pakistana 33 milyard dollarlıq kömək göstərildiyini bildirib: "Onlar isə bizə yalan və fırıldaqçılıqdan başqa heç nə verməyiblər, çünki liderlərimizi axmaq hesab ediblər. Onlar bizim izlədiyimiz terrorçulara sığınacaq verirlər. Daha bu kömək olmayacaq".

Xəbər lenti
0