CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Hava xəbərdarlığı gəldi

CC0 / Pexels / RainДождь, фото из архива
Дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belə hava şəraiti bu gün, yəni yanvarın 2-sində də gün ərzində davam edəcək

BAKI, 2 yanvar — Sputnik. Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 3-ü gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 1-i və 2-si ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağıntı bəzi yerlərdə intensiv xarakterli olub və yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Belə hava şəraiti bu gün, yəni yanvarın 2-sində də gün ərzində davam edəcək. Lakin dekabrın 3-ü gündüz saatlarından artıq yağıntının tədricən kəsiləcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Hazırda şimal-qərb küləyi əsir, üçün gündüz saatlarından tədricən mülayimləşəcək və ayın 4-də mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq".

Mütəxəssis qeyd edib ki, yanvar ayının 3-ü gündüzdən başlayaraq ayın 4-ündə də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində isə əsasən sabit keçəcəyi gözlənilir: "Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7-9, bölgələrdə isə 6-10, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti təşkil edəcək".

Xəbər lenti
0